Bakı şəhəri, Xəzər rayonunda 5 evdən oğurluq törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 19 avqust tarixində Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən Bakuplus.az məlumat verir.
Bildirilir ki, rayon ərazisində evlərdən 800 manat pul, inşaat materialları, təmir-tikinti alətləri və məişət əşyaları oğurlanıb. Xəzər RPİ 3-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əməlləri törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.