Paytaxtın Xəzər rayonunda köməkçi tikili yanıb. Bu haqda bu gün, 18 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 16 kv.m olan talvar tamamilə kül olub. Ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.