Bakıda polis avtomobil park edilməsi üçün yer zəbt edən şəxsə müdaxilə edib. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 2 sentyabr tarixində xəbər verir.
Nəsimi rayonu ərazisində, metronun "Memar Əcəmi" stansiyası yaxınlığında yolun hərəkət hissəsində avtomobillərin parklanması üçün yer zəbt edən şəxsin qanunsuz əməllərinin qarşısı polis əməkdaşları tərəfindən alınıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, həmin şəxslə müvafiq profilaktiki və izahedici söhbətlər aparıldıqdan sonra o, sərbəst buraxılıb.