Paytaxtın Sabunçu rayonunda yaşayış evində yanğın baş verib. Bu haqda bu gün, 3 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 70 kv.m olan birmərtəbəli evin dam örtüyü 24 kv.m sahədə alışıb. Evin digər hissələrinə ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.