Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb. Bu haqda 10 yanvar tarixində Report məlumat verib.
Binəqədi rayonu ərazisində yerləşən postda yanvarın 9-da Bakı şəhər sakini Əzizağa Bağırov saxlanılıb. Məlum olub ki, o, narkotik vasitələrin təsiri altında “Hyundai” markalı avtomobili idarə edib.
Bağırov barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib olunub.