Bakıda Yeni ildə 2 nəfəri bıçaqlayan şəxslər saxlanılıb. Bu haqda Report məlumat verib.
Nəsimi rayonunda dekabrın 31-də 32 yaşlı Şahmar Balayevin meyiti yaşadığı evin zirzəmisində tapılıb. Onun bədən nahiyəsində bıçaq xəsarətləri aşkar olunub. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Nəcəfov saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin “Qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanılıb.
Binəqədi rayonunda dekabrın 31-də saat 22 radələrində çay evlərinin birində Bakı şəhər sakini Fikrət Hüseynov bıçaqlanaraq öldürülüb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Atəşzadə saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.