Paytaxtın Nəsimi rayonu, Moskva prospekti, “Şamaxinka” adlı ərazidə piyadanı avtomobil vurub. Bu haqda bu gün, 20 avqust tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
81 yaşlı Vaqif Quliyev yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən zaman onu avtomobil vurub. Yaralı ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.