Bakıda sərnişin avtobusu avtomobilə çırpılıb. Hadisə Binəqədi rayonunda baş verib. Bu haqda APA 29 yanvar tarixində xəbər verib.
Biləcəri qəsəbəsində 108B marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusunun sürücüsü Vüsal Məmmədov sükana nəzarəti itirərək yol ayrıcında olan “Opel” markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən “Opel” işıq dirəyinə, avtobus isə işıqfora çırpılıb.
[caption id="attachment_31357" align="alignnone" width="986"]
Foto APA.az[/caption]
Faktla bağlı araşdırmalar davam edir.