Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib. Bu haqda 25 mart tarixində Report məlumat verib.
Xətai rayonu, Ukrayna dairəsi yaxınlığında avtomobil yolu keçən 71 yaşlı Leylaxanım Əliyevanı vurub. Yaralı sol bazu sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Binəqədi rayonunda yolu keçmək istəyən 18 yaşlı Xəyal Əliyevi avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
Hər iki faktla bağlı araşdırma davam edir.