Bakıda gənc ana və 7 yaşlı övladı itkin düşüblər. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 25 avqust tarixində xəbər verir.
Avqustun 23-də paytaxtın A.Neymətulla küçəsində 28 yaşlı Aysel Əliyeva övladı, 7 yaşlı Ruksarə Kərimova ilə birlikdə yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı müvafiq yoxlama aparılır.