23 dekabr tarixində Bakıda zəncirvari qəza baş verib. Hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb. Bu haqda BakuPlus xəbər verir.
Paytaxtın 9-cu mikrorayon Mir Cəlal küçəsində “Toyota”, “Kia” və iki “Opel” markalı avtomobilləri yolun geriyə dönmə olan hissəsində toqquşublar.
İlkin ehtimallara görə hadisəyə havanın yağıntılı olması səbəb olub.
Hadisə yerinə rayon Polis Bölməsinin əməkdaşı gəlib.
[caption id="attachment_21528" align="alignnone" width="800"]
Foto Bakuplus.az[/caption]