Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda Report 3 yanvar tarixində xəbər verib.
Paytaxtın Binəqədi rayonu ərazisində yolu keçən 49 yaşlı Pəri Ələkbərovanı avtomobil vurub. Qəza nəticəsində xəsarət alan piyada təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.
Fakla bağlı araşdırma aparılır.