Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda BakuPlus.az APA-ya istinadən 28 fevral tarixində xəbər verir.
Paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçən 51 yaşlı Təranə Abbasovanı avtomobil vurub.
Hadisə nəticəsində xəsarət alan piyada 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.