Bakıda arvadını çəkiclə öldürmək istəyən şəxsə hökm oxunub. Bu haqda 11 aprel tarixində Report məlumat verib.
Ötən il oktyabrın 25-də Binəqədi rayonu, Biləcəri qəsəbəsində 64 yaşlı Sərdar Namazov arvadı, 52 yaşlı Gülnarə Namazovanı öldürməyə cəhd etmişdir. Mübahisə zamanı o, arvadının baş nahiyəsinə çəkiclə çoxsaylı zərbələr vurmuşdur. Sərdar Namazov saxlanılaraq istintaqa cəlb olunmuşdur.
O, Cinayət Məcəlləsinin “Qəsdən adam öldürməyə cəhd etmə” maddəsi ilə təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.