Bakıda avtobuslarda qadınların çantalarından oğurluq edən şəxs saxlanılıb. Bu haqda 15 iyun tarixində APA məlumat verib.
Nizami, Sabunçu və Binəqədi rayonlarında avtobuslarda qadınların çantalarından mobil telefonlar oğurlayan, əvvəllər dəfələrlə məhkum olunmuş Cəlil Səmədov saxlanılıb. O, həmçinin ticarət mərkəzlərində insanların sıxlığından istifadə edərək oğurluq əməlləri törədib.
Cəlil Səmədovun paytaxt ərazisində hələlik 7 nəfərə qarşı cibgirlik etdiyi sübuta yetirilib. Faktla bağlı araşdırmalar davam edir.