Bakıda maqnitofon oğruları saxlanıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 17 fevral tarixində xəbər verir.
31 yanvar tarixində paytaxtın Binəqədi rayonu ərazisində bir avtomobildən pul, maqnitofon və səsgücləndiricilər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - N.Hüseynzadə və M.Novruzov polis tərəfindən saxlanılıblar.
İstintaq prosesi davam edir.