Bakıda avtomobillərdən oğurluq etmiş şəxslər saxlanılıb. Bu haqda BakuPlus bu gün Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
28 dekabr tarixində paytaxtın Binəqədi rayonunda 2 avtomobildən pul və mobil telefon oğurlanıb. Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Əlimuradov, K.Məmmədov və B.Şükürov saxlanılıblar.
Daha sonra onların 3 həyətyanı sahədən su sayğaclarını oğurlamaları da müəyyən edilib.