Bakının Binəqədi rayonunda bir dam altında bir-birinə bitişik inşa edilən və 3 ailənin yaşadığı birmərtəbəli evlərdə yanğın baş verib. Bu haqda Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti 4 iyun səhər saatlarında məlumat yayıb.
Bildirilir ki, ümumi sahəsi 80 kv.m olan tikilidə 20 kv.m olan bir evin yanar konstruksiyaları və sahəsi 22 kv.m olan digər evin dam örtüyü 10 kv.m sahədə yanıb.
Hadisə yerinə FHN əməkdaşları cəlb olunub, yanğın söndürülüb. Evlərin qalan hissəsi yanğından mühafizə olunub.
Ötən gün, 3 iyun axşam saatlarında oxşar hadisə baş verib. Xəzər rayonunda ümumi sahəsi 120 kv.m olan istirahət üçün nəzərdə tutulan birmərtəbəli tikilinin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.