Binəqədi rayonunda narkotik alveri ilə məşğul olan iki nəfər saxlanılıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 1 iyun tarixində xəbər verir.
Keçirilən əməliyyat tədbirləri zamanı paytaxt sakini Raul Şərifov saxlanılıb. Onun üzərindən ümumilikdə 50 qrama yaxın heroin və metamfetamin aşkar olunub.
Araşdırmalar zamanı Raul Şərifova narkotik vasitələri satan tanışı Bakı şəhər sakini Rəşad Ələkbərov da keçirilən əməliyyat zamanı saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 3 kiloqrama yaxın heroin və 500 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.
Rəşad Ələkbərov ifadəsində paytaxt ərazisində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Hər iki şəxs barəsində cinayət işi başlanılıb.
[caption id="attachment_46711" align="alignnone" width="800"]
Foto Daxili İşlər Nazirliyinin rəsmi Youtube kanalı[/caption]