Bakıda evlərdən naqil və təmir-tikinti alətləri oğurlayan şəxs saxlanılıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 22 mart tarixində xəbər verir.
Paytaxtın Binəqədi rayonunda müxtəlif vaxtlarda rayon ərazisindəki 3 evdən ümumilikdə 2720 manat dəyərində naqil və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş C.Əliyev saxlanılıb.
Faktla bağlı istintaq tədbirləri davam edir.