Bakıda avtomobil oğrusu Binəqədi polisi tərəfindən avtomobillə birlikdə saxlanılıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 1 mart tarixində xəbər verir.
Fevralın 28-nə keçən gecə M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən qəsəbə sakini D.Şirinova məxsus “Ford” markalı avtomobili qaçırmaqda şübhəli bilinən oğlu avtomobillə birlikdə saxlanılmışdır.
Binəqədi RPİ-də araşdırma aparılır.