Paytaxtın iki müxtəlif rayonunda ölümlə nəticələnən avtoqəzalar baş verib. Bu haqda bu gün, 7 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Binəqədi rayonunda O.Əhmədov “Lada Granta” avtomobili ilə yolu keçən 40-45 yaşlı qadını vurub.
Nizami rayonunda isə R.Rüstəmovun sürücüsü olduğu “Volkswagen” markalı nəqliyyat vasitəsi piyada olan Elçin Rəhimova xəsarət yetirib.
Nəticədə hər iki yaralı dünyasını dəyişib. Araşdırmalar davam edir.