Bakının Binəqədi rayonu, Binəqədi qəsəbəsində intihara cəhd qeydə alınıb. Bu haqda bu gün, 17 fevral tarixində Oxu.az məlumat verib.
28 yaşlı Qalib Kərimov özünü benzinlə yandıraraq həyatına son qoymaq istəyib. Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası həmin şəxsi 5 saylı xəstəxananın yanıq şöbəsinə yerləşdirib.
Şöbədə ona müəyyən yardım göstərilib. Lakin, səhər saat 09:00 radələrində Kərimov həmin xəstəxanadan qaçıb. Bir müddət sonra xəstənin yaxınları onu yenidən tibb müəssisəsinə qaytarıblar.