Suraxanı rayonunda itkin düşən 2 bacı taplıb. Bu haqda 31 avqust tarixində Report məlumat verib.
Binə qəsəbəsi, Südçülük Sovxozunda yaşayan 13 yaşlı Şəfiqə Abdullayeva və onun bacısı 14 yaşlı Arzu Abdullayeva avqustun 28-də evdən çıxıb və bir daha geri qayıtmayıblar.
Onlar bu gün , 3 gündən sonra, yaşadıqları ünvana qeri qayıdıblar. Məlum olub ki, 13 və 14 yaşlı bacılar ailə üzvlərinə getdikləri ünvan barədə məlumat vermədən evi tərk ediblər.
Qohumların verdiyi məlumata görə, onların vəziyyəti normaldır.