Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsinin Elşən Yahyayev küçəsində küləyin aşırdığı ağac avtomobillərin və piyadaların hərəkətinə mane olur. Bu haqda bu gün, 26 yanvar tarixində Xəzər Xəbər reportaj paylaşıb.
Sakinlərin sözlərinə görə, ağac bir neçə gündür ki, həmin vəziyyətdə qalır. Bəzi hallarda piyadalar ağacın üzərilərinə düşəcəyindən qorxaraq yolun hərəkət hissəsinə çıxmalı olurlar.
Biləcəri qəsəbə Bələdiyyə sədri Etibar Cabbarov həmin problemdən xəbərdar olduğunu söyləyib.
Onun sözlərinə görə, ağac yaşıl olduğuna görə kəsilə bilməz. Ona görə də sözügedən ağac bu gün əvvəlki vəziyyətinə qaytarılacaq.