Bakıda katalizator oğrusu polis tərəfindən saxlanılıb. Bu haqda bu gün BakuPlus Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
23 dekabr tarixində paytaxtın Binəqədi rayonu ərazisində “Mercedes” markalı avtomobildən 1500 manat dəyərində səsboğucu oğurlanıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri S.Qarayev və M.Məmmədli müəyyən olunaraq tutulublar.