Paytaxtın Binəqədi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. Bu haqda Report 31 dekabr tarixində xəbər verib.
Rayonun Biləcəri qəsəbəsində 36 yaşlı Elgün Ağacanov mübahisə zəminində boynundan və döş qəfəsindən bıçaqlanıb.
Xəstəxanaya çatdırılan yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam edir.