Paytaxtın Binəqədi rayonunda yaşayış binasında liftlərin elektrik naqillərini oğurlayan şəxs saxlanılıb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 23 mart tarixində xəbər verir.
9-cu mikrorayon ərazisində yerləşən hündürmərtəbəli yaşayış binasının elektrik naqillərini və müxtəlif texniki avadanlıqlarını sökərək oğurlamaqda şübhəli bilinən Ağsafa rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Sultan Rzayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.