Paytaxtın iki rayonunda avtomobil oğurluğu qeydə alınıb. Bu haqda bu gün, 14 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı sakini M.Mərdanlı Nizami rayonunda “Hyundai” markalı nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinərək saxlanılıb. Avtomobil isə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində aşkarlanıb.
Daha bir hadisə Binəqədi rayonunda baş verib. E.Əhmədov “Toyota” markalı avtomobili oğurlayaraq, Yevlax rayonuna aparıb. O, nəqliyyat vasitəsi ilə birlikdə saxlanılıb.
Hər iki faktla bağlı araşdırmalar davam edir.