Binəqədi rayonunda 2 narkotacir saxlanılıb. Bu haqda 22 dekabr tarixində Daxili İşlər Nazirliyi xəbər verib.
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri M.Əlihüseynov və əvvəllər məhkum olunmuş Ç.İmaməliyev saxlanılıb. Onların üzərində 44 qram heroin, 12 qram metamfetamin aşkar olunub.
Həmçinin onların evinə baxış zamanı oradan əlavə 119 qramdan artıq heroin, 41 qrama yaxın metamfetamin, 18 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi aşkar edilib.