Bakıda narkotacirə hökm oxunub. Bu haqda 16 fevral tarixində Report məlumat verib.
Binəqədi rayonunda 2021-ci ildə, əvvəllər məhkum olunmuş Bəhruz Əmənov polis tərəfindən saxlanılmışdır. Onun üzərindən və yaşadığı evdən ümumilikdə 1 kiloqram 80 qram metamfetamin, kokain və elektron tərəzi aşkar olunmuşdur.
Bakı Ağır Cinayətlər Məhkəməsində Əmənova hökm oxunub və o, 10 il müddətinə azadlıqdan məhrum edilib.