Bakıda oğurluq əməllərini törədən şəxslər saxlanılıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 21 aprel tarixində xəbər verir.
Paytaxtın Binəqədi rayonunda Cəlilabad rayon sakini T.Məmmədovu döyüb quldurluq yolu ilə 124 manat pulunu, mobil telefonunu, gümüş boyunbağısını və bank kartını talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ş.Bayramov və H.Abbaszadə müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.