Bakının Binəqədi rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 20 aprel tarixində Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat verib.
Bildirilir ki, İ.Dadaşov küçəsindəki iki köşkdən ümumilikdə 2063 manat dəyərində tütün məmulatı oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində paytaxt sakini Azad Zeynalov müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.