Paytaxt ərazisində yerləşən parkların birində yanğın başlayıb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 21 fevral tarixində xəbər verir.
Yanğın Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən Ramiz Aboyev adına mədəniyyət və istirahət parkında qeydə alınıb.
Parkda yanğın mədəniyyət və iaşə obyektindən başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.