Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 9 may tarixində xəbər verir.
Mayın 7-də saat 22:00 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yolu keçən qəsəbə sakini S.Qasımovanı vuraraq hadisə yerindən yayınan sürücü saxlanılıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21011” markalı avtomobillə Abşeron rayon sakini Elçin Süleymanov tərəfindən törədildiyi müəyyən edilib.
Araşdırma aparılır.