Bakıda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Bu haqda bu gün, 13 aprel tarixində Report məlumat verib.
Binəqədi rayonu ərazisində polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində köşklərin birindən 850 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Samir Süleymanov və Ruslan Saburov saxlanılıblar.
Sabunçu rayonunda keçirilən əməliyyat nəticəsində Samir Süleymanovun bir mağazadan 1036 manat dəyərində tütün məmulatı, danışıq kartları, bir köşkdən 100 manat dəyərində tütün məmulatı və enerji içkiləri oğurladığı məlum olub.
Həmçinin onun 2019-cu ilin mart ayından cari ilin mart ayınadək olan müddətdə Sabunçu rayonu ərazisində 20 evdən, 1 müəssisədən, 1 çay evindən, 1 kafedən, 3 avtomobildən pul, qızıl-zinət və məişət əşyaları, təmir-tikinti alətləri, eləcə də “Bakı Telecom” MMC-yə məxsus dəyəri 3000 manatdan artıq olan rabitə kabelini oğurlaması da müəyyən olunub.
Hər iki faktla bağlı araşdırma aparılır.