Bakıda sex yanıb. Hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib. Bu haqda Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti 22 dekabr tarixində xəbər verib.
Ümumi sahəsi 99 kv.m olan mebel sexinin içərisində taxta materialları 5 kv.m sahədə, kabel 15 p.m və sexin qarşısına yığılan taxta yonqarı 20 kv.m sahədə yanıb.
FHN əməkdaşları hadisə yerinə gələrək yanğını söndürüblər. Sex yanğından mühafizə olunub.