Paytaxtın Binəqədi rayonu ərazisində 12 evdən su sayğaclarının oğurluğunda şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Bu haqda bu gün, 14 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt sakini S.Məmmədli əməli törətməkdə şübhəli bilinən şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.