Bakıda odlu silah satmaq istəyən şəxs saxlanılıb. Bu haqda 14 fevral tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Binəqədidə polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah gəzdirən şəxs saxlanılıb.
Paytaxt sakini, əvvəllər məhkum olunmuş Rüfət İbrahimov odlu silahı satmaq istəyən zaman tutulub. Onun üzərindən 1 ədəd “TT” markalı atəş üçün yararlı tapança və həmin silaha məxsus daraq aşkar edilərək götürülüb.
Rüfət İbrahimov odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Rüfət İbrahimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
[caption id="attachment_33433" align="alignnone" width="800"]
Foto Daxili İşlər Nazirliyinin rəsmi Youtube kanalı[/caption]