Bakıda Binəqədi rayonu Biləcəri qəsəbəsində vaqon təmiri zavodunun gözətçisinə xəsarət yetirməkdə və soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini saxlanılıb. Bu haqda bu gün, 26 yanvar tarixində Report Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verib.
Belə ki, yanvarın 17-də saat 22:00 radalərində H.Ağayevin baş nahiyəsinə daş parçası ilə xəsarət yetirilərək cibindən 540 manat pul götürülüb.
Polis əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər soyğunçuluq və quldurluğa görə məhkum olunmuş S.Xudaverdiyev müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırma aparılır.