Bakıda velosiped oğurlamaqda şübhəli bilinən şəxs polis tərəfindən tutulub. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 29 avqust tarixində xəbər verir.
Nizami rayonunda müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə məxsus 4 velosipedi oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini əvvəllər məhkum olunmuş B.Babazadə saxlanılıb.
Araşdırmalar davam edir.