Bu gün, 26 aprel tarixində Bakıda piyadaların xəsarət alması ilə nəticələnən üç yol-nəqliyyat hadisəsi baş verib.
Binəqədi rayonu ərazisində 35 yaşlı İqbal Rüstəmov yolu keçərkən onu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə sol baldır sümüyünün sınığı ilə xəstəxanaya çatdırılıb.
Daha iki hadisə Yasamal rayonunda qeydə alınıb. 39 yaşlı Vüqar İbrahimov və 47 yaşlı Sərvər Məhərrəmovu rayonun müxtəlif ərazilərində avtomobillər vurub. Hər iki şəxs müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Hər üç faktla bağlı araşdırmalar aparılır.