Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün 12 sentyabr tarixində xəbər verir.
Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində avtomobil yolu keçən 54 yaşlı Yavər Əliyevi vurub.
Xəstəxanaya çatdırılan yaralıya müayinə zamanı sağ baldır sümüklərinin açıq yerdəyişən sınıqları diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.