Bakıda yuxulu sürücü qəza törədib. Hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Bu haqda Avtosfer 25 noyabr tarixində xəbər verib.
Səhər saatlarında 99 VG 174 dövlət nömrə nişanlı, "Chevrolet" markalı avtomobilin sürücüsü yüksək sürətlə 90 UP 361 dövlət nömrə nişanlı, "Qaz 53" markalı yük maşınına çırpılıb.
İlkin ehtimallara görə minik avtomobilinin sürücüsü yuxulu olub.