Bakının Sabunçu və Binəqədi rayonlarında piyadalar vurulub. Bu haqda bu gün, 12 aprel tarixində məlum olub.
Zabrat qəsəbəsində 55 yaşlı Esmira Veysalidze yolu keçərkən onu avtomobil vurub. Xəsarət alan qadın xəstəxanaya çatdırılıb.
Binəqədi rayonunda avtomobil 52 yaşlı Səmayə Hüseynovanı vurub. Yaralı müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Hər iki faktla bağlı araşdırma aparılır.