Paytaxtın Binəqədi və Xətai rayonlarında yanğın baş verib. Bu haqda bu gün, 28 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Binəqədi rayonunda ümumi sahəi 65 kv.m olan birmərtəbəli ev 49 kv.m sahədə yanıb.
Xətai rayonunda isə dörtmərtəbəli yaşayış binasının pilləkən hissəsində 8 ədəd sayğac və 2 p.m kabel yanıb. Mənzillərə ziyan dəyməyib.
Hər iki yanğın söndürülüb. Təfərrüatlar araşdırılır.