Paytaxtın iki rayonunda yanğın baş verib. Bu haqda bu gün, 22 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Binəqədi rayonunda ümumi sahəsi 70 kv.m olan birmərtəbəli ev 20 kv.m sahədə yanıb. Tikilinin digər hissəsinə ziyan dəyməyib.
Xəzər rayonunda isə ümumi sahəsi 4 kv.m olan transformator alışıb. Ətrafdakı infrastruktura ziyan dəyməyib.
Hər iki yanğın söndürülüb. Təfərrüatlar araşdırılır.