Paytaxt ərazisində yanğın hadisəsi qeydə alınıb. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 30 avqust tarixində xəbər verir.
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağında kondisioner və qismən divan yanıb.
Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edilib. Yanğın söndürülüb.
Ev yanğından mühafizə olunub.