Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 29 avqust axşam saatlarında yanğın baş verib. Bu haqda bu gün, 30 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Açıq ərazidə baş verən alışma FHN-in əməkdaşları tərəfindən söndürülüb. Hadisə zamanı xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur. Yanğının başvermə səbəbləri araşdırılır.