Bakının Səbail rayonu, Mikayıl Hüseynov küçəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 1 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Məlumata görə, “Lada” markalı avtomobilin sürücüsü digər avtomobili ötmək istəyərkən “Daewoo” markalı avtomobilə çırpılıb.
Hadisə zamanı xəsarət alan olmayıb, nəqliyyat vasitələrinə maddi ziyan dəyib.